Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Eduard Asryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ilə ölkələr arasında hərbi əməkdaşlıq məsələlərini və regiondakı vəziyyəti müzakirə edib.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 22-də Ermənistan Baş Qərargahının rəisi general-mayor Eduard Asryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini qəbul edib. Görüşdə səfirliyin hərbi attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib. Görüşdə hərbi əməkdaşlıqla bağlı məsələlər, ölkələr arasında münasibətlər, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib”, - nazirliyin bəyanatında deyilir.
Kopırkin Asryanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona məsuliyyətli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb.