Xalq artisti Emin Ağalarov etdiyi paylaşım ilə diqqət çəkib.Missiya.Az xəbər verir ki, Emin Ağalarovun bu dəfəki paylaşımı mərhum sənətkar Müslüm Maqomayev ilə bağlı olub.
Ağalarov, instagram hesabında bəstəkarın arxiv görüntülərini paylaşaraq bu sözləri qeyd edib:
“Müslüm Maqomayev təkcə SSRİ-də deyil, bir çox ölkələrdə çıxış edib. Bu, o dövr üçün çox nadir hadisə idi. Əgər ifa edirdisə, həmişə dünya səviyyəsində olurdu. Təəssüf ki, sağlığında bəzi videolarına baxa bilmədi. Çünki onun ifalarının yer aldığı arxiv videoları indi yayımlanır. Müslüm Maqomayevin musiqidə necə nəhəng olduğunu vurğulayan bu nadir kadrları tapıb yükləyən hər kəsə təşəkkürlər”.
Leyla Səməndər
Missiya.Az