Darya Duqinanın qətlində şübhəli bilinən Natalya Şabanın (Vovk) Azov alayında (Rusiyada qadağan olunmuş təşkilat) xidmət etdiyi iddia edilir. Missiya.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb. Kanalın yerləşdirdiyi fotolarda onun üzərində Ukrayna Milli Qvardiyasının möhürü olan şəxsiyyət vəsiqəsi əks olunub. İstintaq orqanlarının məlumatına görə, avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonunda Mojayskoye şossesində hərəkətdə olarkən, jurnalist və politoloq, ictimai xadim Aleksandr Duqinin qızı Daria Duqinanın idarə etdiyi avtomobil partlayıb. Hadisə nəticəsində qız dünyasını dəyişib.
FSB qətlin təşkilində Ukrayna xüsusi xidmət orqanlarını, xüsusən də qızı Şaban Sofiya Mixaylovna ilə birlikdə 2022-ci il iyulun 23-də Rusiyaya gələn 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Vovk Natalya Pavlovnanı ittiham edib. Təhlükəsizlik qüvvələri əlavə edib ki, qətli təşkil etmək və qurbanın həyat tərzi barədə məlumat əldə etmək üçün şübhəlilər mərhumun yaşadığı binada Moskvada mənzil kirayələyiblər.
Zərintac Mayisqızı
Missiya.Az