Qumbara və tapança ilə silahlanmış naməlum şəxs Ermənistanın Masis (Uluxanlı) şəhərinin meriyasına daxil olub.Missiya.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Masis şəhərinin vitse-meri Norayr Akopyan məlumat verib.
"Təxminən iki saat əvvəl sərxoş vətəndaş meriyanın binasına daxil olub. Bundan sonra partlayış olub. Xoşbəxtlikdən binada işçilər olmayıb, meriyanın mühafizəçisi də xəsarət almayıb. O, hazırda bizimlədir". Akopyan bildirib.
İlkin məlumata görə, şəxs tapançadan bir neçə dəfə atəş açıb. Onun hələ də qumbarasının ola biləcəyi güman edilir.
Vitse-mer qeyd edib ki, həmin şəxs heç bir tələb irəli sürməyib, onun hərəkətlərinin motivləri aydın deyil. Onun şəxsiyyəti də müəyyən edilməyib. Hazırda partlayış və ya atəş səsləri eşidilmir.
Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb olunub.