Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Tvitter hesabında bildirib.
“Bu gün Brüsseldə Hikmət Hacıyev və Armen Qriqoryanla görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlər və Avropa İttifaqının rolu ilə bağlı məhsuldar müzakirələr apardıq”, - T.Klaar yazıb.