AZ   |   RU
Ermənistandakı Atom Elektrik Stansiyasında qəza təhlükəsi - Türkiyə hərəkətə keçdi
Türkiyənin Qars vilayətində axtarış-xilasetmə qruplarının mümkün nüvə sızmasına qarşı hazırlığı yoxlanılıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Qarsda axtarış-xilasetmə qrupları Ermənistanın Türkiyə ilə sərhədi yaxınlığında yerləşən Metsamor Atom Elektrik Stansiyasında yarana biləcək mümkün sızmaya qarşı təlimlərini başa çatdırıb.

Təlimin ssenarisinə əsasən Metsamor AES yaxınlığında 7 bal gücündə zəlzələ baş verir və təbii fəlakət nəticəsində yaxınlıqdakı yaşayış məntəqələrinə ziyan dəyir. Təlimlərdə ziyanın aradan qaldırılması, əhalinin təxliyyəsi və digər tapşırıqları uğurla yerinə yetirən axtarış-xilasetmə qruplarının mümkün nüvə sızmasına qarşı hazırlığı yüksək qiymətləndirilib.

Erməni KİV bu təlimlərə başqa don geydirməyə çalışıb. Güya ki, atom elektrik stansiyasının fəaliyyətinin bütün beynəlxalq standartlara cavab verdiyini və bu kimi təlimlərə ehtiyac olmadığını qeyd ediblər. 

Amma erməni KİV baş verə biləcək qəzanın ilk olaraq ermənilərin özlərinə ziyan vuracağı ilə yanaşı ətraf ölkələrə və regiona təbii fəlakət gətirəcəyini nədənsə qeyd etməyib. Xatırladaq ki, Azərbaycan və Türkiyə stansiyanın fəaliyyətinin dayandırılması məsələsini dəfələrlə qaldırsalar da AES-in istismar müddəti rusiyalı mütəxəssislərin köməyilə 2026-cı ilə qədər uzadılıb.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 19-08-2022, 19:30