AZ   |   RU
Dünya çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək finala çıxıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, 55 kq-da çıxış edən idmançı yarımfinalda ermənistanlı Karapet Manvelyanla qarşılaşıb.

Quluzadə ilk hissədə hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişə bilib. Yekunda 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi adını həlledici qarşılaşmaya yazdırıb.


  • 19-08-2022, 18:01