AZ   |   RU
MEDİA-nın ikinci könüllülük proqramı uğurla yekunlaşıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin ikinci könüllülük proqramı uğurla başa çatıb.

Missiya.Az 
xəbər verir ki, proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak ediblər. Həmçinin MEDİA Agentliyinin tədbirlərinin, o cümlədən Şuşada keçirilən Beynəlxalq Media Forumun təşkilinə dəstək göstəriblər.

2022-ci ilin may-avqust aylarını əhatə edən proqramın məqsədi cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub.

İkinci könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Missiya.TV-nin 2 əməkdaşı da MEDİA könüllüsü kimi bu təlim proqramının məzunu olublar.  

Leyla Səməndər
Missiya.Az


 






  • 19-08-2022, 17:09