AZ   |   RU
“Biz gözləyə bilərik” - Putin

“Əgər Kiyev hesab edir ki, indi danışıqlar vaxtı deyil, o zaman Moskva gözləməyə hazırdır”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.


"Yaxşı, prinsipcə, biz gözləyə bilərik. Əgər Ukrayna rəhbərliyi hesab edirsə ki, indi vaxt deyil və gözləmək lazımdır, o zaman biz gözləməyə hazırıq", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:47