AZ   |   RU
Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb



Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.

Bu barədə Missiya.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 1,1 bənd, ilin əvvəli ilə müqayisədə 6,6 bənd, ötən ilin iyulun 1-nə nisbətən 1,8 bənd azdır.

İyulun 1-nə manatın real effektiv məzənnəsi 115,3 bənd təşkil edib. Bu isə iyunun 1-nə olan göstərici ilə müqayisədə 2,2 bənd, ilin əvvəlinə nisbətən 9,8 bənd, ötən illin iyulun 1-i ilə müqayisədə isə 4,3 bənd azdır.




  • Dünən, 16:10