AZ   |   RU
Suriya Azərbaycana təşəkkür edib



Yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını və firavanlığını düşünə bilər.

Missiya.Az xəbər verir ki, "Report"un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbirdə deyib.

Söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayan Suriyanın energetika naziri bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi onlar üçün böyük xoşbəxtlikdir.

Məhəmməd Əl Bəşir Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Qaz Türkiyənin Kilis şəhəri vasitəsilə Hələb və Homsdakı elektrik stansiyalarına çatdırılacaq və elektrik enerjisi istehsalında istifadə olunacaq. Bu proses nəticəsində 1 200-1 300 meqavatlıq elektrik istehsalı gücünə nail olunması nəzərdə tutulur.




  • Dünən, 16:08