AZ   |   RU
Şahmat Olimpiadası: Qadınlardan ibarət Azərbaycan yığması Ermənistanı darmadağın edib
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Missiya.Az xəbər verir ki, X turda Ermənistanla qarşılaşan yığma rəqbini 4:0 hesabı ilə darmadağın edib.

Kişilərdən ibarət kollektiv isə Ermənistana uduzub - 1:3.
Şahmat Olimpiadası
Qadınlar
X tur
Ermənistan – Azərbaycan - 0:4
Elina Danielyan – Günay Məmmədzadə - 0:1
Lilit Mkrtçyan – Xanım Balacayeva - 0:1
Anna Sarqsyan – Gövhər Beydullayeva - 0:1
Susanna Qaboyan – Gülnar Məmmədova 0:1
Kişilər
Azərbaycan – Ermənistan - 1:3
Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan - 0:1
Qədir Hüseynov – Hrant Melkumyan - 0,5:0,5
Vasif Durarbəyli – Manuel Petrosyan - 0,5:0,5
Nicat Abbasov – Robert Hovanisyan - 0:1
Qeyd edək ki, Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.

  • 8-08-2022, 18:39