AZ   |   RU
"Təlimlər bizim öz suveren ərazilərimizdə aparılır" - Çin XİN

Çin beynəlxalq hüquqa uyğun olaraq Tayvan yaxınlığında hərbi təlimlər keçirir.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib.

Nazirlik rəsmisi brifinqdə vurğulayıb ki, Çin Xalq Azadlıq Ordusunun Tayvan yaxınlığında keçirdiyi təlimlərin milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğundur. "Tayvan Çinin ərazisidir. Çinin öz sularında və hava məkanında müntəzəm təlimləri açıq, ədalətli və peşəkar bir tədbirdir. Çinin müvafiq qurumları məsələ ilə bağlı vaxtında bildirişlər göndəriblər. Bu, milli qanunvericiliyə və beynəlxalq hüquqa, eləcə də mövcud təcrübələrə uyğundur”.

Diplomat təlimlərin başa çatıb-çatmadığını və onların müddəti ilə bağlı suala isə cavab verməyib.

Teymur Aslanov
Missiya.Az


  • 8-08-2022, 17:05