AZ   |   RU
İsrailin zərbələri nəticəsində Qəzzada 15 nəfər ölüb

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər ölüb, 125 nəfər yaralanıb.
Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində biri uşaq, ikisi qadın olmaqla 15 nəfər həlak olub, 125 nəfər yaralanıb”, - məlumatda bildirilib.

Xatırladaq ki, İsrail Ordusu Qəzza zolağında “İslami Cihad” hərəkatına qarşı ötən gün “Sübh” əməliyyatına başlayıb. Hərbçilər Qəzza zolağındakı hədəflərə zərbələr endirir, İsrailin arxa cəbhəsində fövqəladə vəziyyət tətbiq edilib. Fələstinin “İslam Cihadı” qruplaşması hərbi qanadının komandirlərindən biri Təysir əl-Cəbarinin hava hücumu zamanı öldüyünü təsdiqləyib. Gecə boyu İsrailin Qəzza ilə həmsərhəd bölgələrində hava hücumu həyəcan siqnalları səslənib.


  • 6-08-2022, 17:29