AZ   |   RU
Ohanyandan Zəngəzur iddiası: "Paşinyan Azərbaycanla sənəd imzalayacaq"

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Baş nazir Nikol Paşinyanın Sünik (Zəngəzur – red.) vilayətinə səfərinin məqsədi barədə danışıb. 

Missiya.Az
xəbər verir ki, S.Ohanyan “168.am” saytına müsahibəsində Paşinyanın Sünikə insanların müqavimətini qırmaq məqsədi ilə səfər etdiyini deyib. 

Seyran Ohanyan Nikol Paşinyanın Sünik və Meğri ilə bağlı sənəd imzalamaq niyyətində olduğunu bildirib.

Sitat: “Paşinyan insanların ruhunu sındırmağa çalışır ki, gələcəkdə Sünik və Meğri ətrafında sənədlərin imzalanmasına münbit zəmin yaratsın. Türkiyə və Azərbaycan Ermənistanı, erməni xalqını məhv etmək niyyətindədir. Bu işdə hazırki hakimiyyət xüsusi rol oynayır”, - sitatın sonu.  

Qeyd edək ki, Nikol Paşinyanın Sünik vilayətinə səfəri bölgədə kütləvi etiraz aksiyaları ilə müşayiət olunub. Etirazçılar baş nazirə hücum çəkiblər. Ermənistan mətbuatının iddiasına görə, Paşinyan Zəngəzur bələdiyyəsinin binasında görüş zamanı etibar etdiyi bir neçə şəxsə deyib ki, əgər “Zəngəzur dəhlizi” könüllü şəkildə və dinc həyat qarşılığında verilməsə, müharibə ilə alacaqlar. Nəşr baş nazirin kreslosuna mıxlandığını və ölkəsinin maraqlarını müdafiə etmədiyini yazır. 

Elvin
Missiya.Az


  • 23-04-2021, 16:26