AZ   |   RU

İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək azərbaycanlı gimnastların arasında məşq keçirilib


Avqustun 5-də Bakı Milli Gimnastika Arenasında Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək gimnastların yoxlama məşqi keçirilib.
Missiya.Az
Trend-ə istinadən avqustun 9-dan 18-dək Konya şəhərində baş tutacaq yarışlarda Azərbaycan bədii, idman və akrobatika gimnastikası növlərində təmsil olunacaq.

Bədii gimnastika üzrə milli komandanın tərkibində fərdi proqramda Zöhrə Ağamirova, İlona Zeynalova, Alina Gözəlova, qrup hərəkətlərdə Darya Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Zeynəb Hümmətova yer alıb.

Yoxlama məşqində gənclər və idman nazirinin müavini Mariana Vasileva, bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, 1996-cı il Olimpiya oyunlarının gümüş mükafatçısı, Rusiyanın əməkdar idman ustası, 2019-cu ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının səfiri Yana Batırşina və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastikası üzrə Azərbaycan milli komandasında Mənsum Səfərov, Nikita Simonov, İvan Tixonov, qadın idman gimnastikası komandasında Milana Minakovskaya və Samirə Qəhrəmanova yer alıb.

Aerobika gimnastikasında isə Azərbaycanı Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva və Vladimir Dolmatov təmsil edəcək.


Baxış sayı: 77
  • 5-08-2022, 18:00