
21-ildir ki, Azərbaycan Əlifbası və Azərbaycan Dili gününü qeyd edirik.Ulu Öndərimiz Heydər Əliyevin 2001-ci ildə imzaladıgı fərmanına əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azəbaycan Dili günüdür.
Dilimizin bugünki inkişaf səviyyəsi təsdiqləyir ki, Azərbaycan dünyanın ən qədim xalqlarından biridir.Bu günə kimi istər danışıq,istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili mürəkkəb ziddiyyətli bir yol qət etmişdir.Əlbəttə dilin əsas yaradıcısı millətin özüdür.Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdr.Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və dil təkcə ünsiyyət vasitəsi deyi, eyni zamanda ədəbiyyatdır, tarixdir,mahnıdır, musiqidir,millətin talehidir. Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya ,çıxıb. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini,milli adət-ənənələrini qoruyub saxlayır.
Cənab Prezidentimiz İlham Əliyev doğma dilimizə,milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiytyətlə deyə bilərik ki,bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür.Azərbaycan ədəbiyyatının azərbaycanlı düşincəsini əks etdirən sanbalı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur.
2004-cü il yanvarin 12-də Prezident İlham Əliyevin imzaladıgı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşirlərin həyata keçirilməsi haqqında”kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi.Dövlət başçısının sonrakı sərəncamarı ilə 150-cildlik “ Dünya ədəbiyyatı kitabxanası”, 100-cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası,” 100-cildlik Azərbaycan ədəbiyytatı kitabxanası”latın qrafikalı ədəbiyyat fondunu daha da zənginləşdirdi.Azərbaycan dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir.Çünki bu dil milyonlarla soydaşımızı birləşdirən, doğmalaşdıran atributdur.
Ölkə başçımız cənab İlham Əliyevin dediyi kimi,Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Mədəniyyət Mərkəzinin metodisti: LətifovaTənzilə