ABŞ və Yaponiya yeni nəsil çiplərin inkişafı üçün mərkəz yaradacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Nikkei" nəşri məlumat yayıb.
Yaponiya tərəfdən Tokio Universiteti və Təbiət Elmləri İnstitutu bu işdə iştirak edəcək. ABŞ tərəfində isə Milli Yarımkeçirici Texnologiyaları Mərkəzi təmsil olunur.
Tədqiqatın məqsədi 2025-ci ilə qədər kütləvi istehsala çıxarılacaq 2 nanometrlik yeni nəsil çiplər yaratmaq olacaq.
Yaponiya və ABŞ-ın xarici siyasət və iqtisadi idarə rəhbərlərinin iqtisadi məsələlər üzrə 2+2 formatında keçiriləcək görüşü zamanı yarımkeçirici tədqiqatlar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.