AZ   |   RU
Ağ Ev Baydenin səhhəti barədə açıqlama verib

Koronavirusa yoluxan ABŞ Prezidenti Cozef Baydenin vəziyyəti yaxşıdır.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin koronavirusun yayılması ilə mübarizə üzrə koordinatoru Aşiş Ca “ABC” televiziyasına müsahibəsində bildirib.

“Dünən axşam prezidentin komandası ilə əlaqə saxladım. Özünü yaxşı hiss etdi. Bu gün onlarla əlaqə saxlayacağam”- deyə, o bildirib.

Qeyd edək ki, ABŞ dövlət başçısının koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb. Hazırda Bayden təcrid olunub və öz səlahiyyətlərini həyata keçirməkdə davam edir.

  • 24-07-2022, 20:08