AZ   |   RU
"Buta Airways"in təyyarəsi Həştərxanda kəskin hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb

“Buta Airways” aviaşirkətinin J2-9235 nömrəli Bakı-Həştərxan reysini yerinə yetirən hava gəmisinin kapitanı Həştərxan hava limanı ətrafında hava şəraitinin kəskin pisləşməsi (zəif görünmə) ilə əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 17:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Qeyd edilir ki, reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Həştərxana yola düşəcəklər.

  • 24-07-2022, 18:05