Polşada Ukrayna üçün “Bayraktar” pilotsuz döyüş təyyarəsi almaq üçün kifayət qədər pul toplanılıb.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, keçirilən toplantıda 200 mindən çox insan iştirak edib.
Bu günə kimi 22,5 milyon zloti (təxminən 5 milyon ABŞ dolları) yığılıb.
Eyni zamanda, təşəbbüsə qoşulmaq istəyənlər olduğu üçün yığım daha dörd gün davam edəcək.
Jurnalist Slavomir Serakovski feysbuk hesabında yazıb ki, toplantının sonunda o qədər çox insan aksiyaya qoşulmaq istəyib ki, "Zrzutka.pl" platformasının serverləri üç dəfə dayanıb.
Onun sözlərinə görə, “Bayraktar” alındıqdan sonra vəsaitin qalığı Ukrayna Silahlı Qüvvələrinin Milli Bankdakı hesabına köçürüləcək.