AZ   |   RU
Ərdoğan: "“Taxıl daşınması sazişi”ni imzalayaraq aclıq təhlükəsinin qarşını alacağıq"

Bu gün “Taxıl daşınması sazişi”ni imzalayaraq Afrikadan Yaxın Şərqə, Amerikadan Asiyaya qədər bütün dünyada aclıq təhlükəsinin və əlavə qiymət artımının qarşını almağa nail olacağıq.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda “Taxıl daşınması sazişi”nin imzalanma mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu imzaların atılması üçün Türkiyə Rusiya və Ukrayna tərəfləri ilə əməkdaşlıq edərək böyük işlər görüb.

Prezidentin sözlərinə görə, sazişdə gəmilərin limanlardan çıxmasından tutmuş mənzil başına çatmasına qədər hər bir şey artıq razılaşdırılıb.

Ərdoğan əlavə edib ki, müharibə bütün dünyaya təsirini göstərir və günahsız insanların əziyyət çəkməsinə son qoymaq lazımdır:

“Bu müştərək addımın sülhə təşviq edə biləcəyini arzu edirəm. Müharibə yalnız masa arxasında dayandırılacaq”.


  • 22-07-2022, 18:43