AZ   |   RU
Kremldən Avropa İttifaqının tətbiq etdiyi sanskiyalara reaksiya: “Özlərinə zərər verirlər”

“Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar öz cəmiyyətinə zərər verir”. 

Missiya.Az “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dimitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib. Aİ-nin Rusiyadan qızıl və zinət əşyalarının idxalına qadağa qoyma qərarını əhatə edən yeni sanksiyalar paketini qiymətləndirən Peskov, sözügedən sanksiyaların Moskvanın mövqeyində dəyişikliyə səbəb olmadığını bildirib. 

"Aİ çılğın şəkildə öz maraqlarına və öz cəmiyyətinə zərər vuran sanksiyalar tətbiq etməyə üstünlük verir. Avropa xalqı bu sanksiyalardan və Aİ-nin qəbul etdiyi qərarların nəticələrindən əziyyət çəkməyə başlayıb". Rusiya təbii qazının Avropaya daşınması məsələsinə də toxunan Peskov, Aİ rəsmilərinin “Rusiya təbii qazla bağlı vəziyyətdən siyasi təzyiq göstərmək üçün şantaj etmək üçün istifadə edir” açıqlamalarını əsassız hesab etdiyini deyib. 

"Bu cür bəyanatlar tamamilə yalandır və biz onları qəti şəkildə rədd edirik. Qaz nəqli ilə bağlı yaranan problemlər texnoloji çətinliklər və Aİ-nin tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır. Bu məhdudiyyətlər avadanlıqların, o cümlədən turbinlərin təmirinə imkan vermir". Peskov qeyd edib ki, Rusiyanın enerji şirkəti “Qazprom” qaz nəqli ilə bağlı öhdəliklərini tam yerinə yetirməyə hazırdır.

Teymur Aslanov
Missiya.Az


  • 21-07-2022, 17:56