Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisinin dəvəti ilə Tehrana rəsmi səfərə gedib.
Missiya.Az xəbər verir ki, Dövlət başçısını paytaxtın Mehrabad Beynəlxalq Hava Limanında İranın rəsmi şəxsləri qarşılayıblar.
Səfəri çərçivəsində Ərdoğan iyulun 19-da Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Görüşündə və İran Prezidentinin ev sahibliyi ilə Astanada fomatında keçiriləcək VII Üçtərəfli Zirvə toplantısında iştirak edəcək.
Həmçinin, Türkiyə lideri Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.