AZ   |   RU
Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 iyul tarixlərində İranda rəsmi səfərdə olacaq.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

Səfərdə məqsəd Türkiyə-İran əməkdaşlıq Şurasının iclasında iştirak etməkdir. Tehranda keçiriləcək görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər çərçivəsində Türkiyə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü də nəzərdə tutulub.


  • 17-07-2022, 21:55