Tovuzda yanğın hadisəsi baş verib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Sözügedən ünvanda yerləşən Elburus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 200 kvadrat metrlik 3 boksun 150 kvadrat metri, həmçinin təmir sexində olan "Mercedes" markalı mikroavtobus və "Renault Megane" markalı minik avtomobili yanıb. Təmir sexinin qalan hissəsi yağında mühafizə edilib.
Hadisənin səbəbləri araşdırılır.