AZ   |   RU
"Bizim varlığımız haqda hamı biləcək." – Qondarma DXR-i hansı dövlət tanıdı?

Şimali Koreya qondarma DXR və LXR-nin müstəqilliyini rəsmən tanıyıb. Buna cavab olaraq Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsib.

Missiya.Az
BBC-yə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko məsələ ilə bağlı bəyanat verildiyini açıqlayıb.

 “Ukrayna Xarici İşlər Nazirliyi Koreya Xalq Demokratik Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyini” tanımasını qətiyyətlə pisləyir”. , - bəyanatda deyilir.

  • 14-07-2022, 23:57