AZ   |   RU
“Ukrayna Rusiya ilə güzəştli atəşkəsə razı olmayacaq” - Kuleba

“Ukrayna ərazisinin Rusiyaya verilməsini nəzərdə tutan hər hansısa atəşkəs razılaşması olmayacaq”.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Moskva ilə Kiyev arasında danışıqların aparılmadığını deyən Kuleba bildirib ki, ölkəmizin məqsədi ərazi bütövlüyümüzü bərpa etmək, Ukraynanın şərqində və cənubunda tam suverenliyimizi bərpa etməkdir.

“Bu bizim danışıqlar mövqeyimizin son nöqtəsidir”- deyə o, əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


  • 13-07-2022, 17:48