AZ   |   RU
Eldar Mahmudovun oğlu Londondakı şirkətdən istefa verib
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyanın paytaxtı Londonda direktoru olduğu şirkətdən istefa verib. 

Missiya.Az “Yeni avaz”a istinadən xəbər verir ki, A.Mahmudov “Britannia Group Ip Holdings Limited” adlı şirkətə ötən ilin 13 dekabr tarixində direktor təyin olunub.

Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara görə, o, 6 aydan sonra – bu ilin 21 iyun tarixində şirkətin direktoru vəzifəsindən istefa verib.

“Britannia Group Ip Holdings Limited” şirkəti “The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşir. 

Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.

  • 12-07-2022, 13:19