AZ   |   RU
Azərbaycanla qonşu olan daha bir ölkədə meymunçiçəyinə yoluxma qeydə alınıb
Rusiyada 1 nəfərin meymunçiçəyi virusuna yoluxması təsdiqlənib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məlumat yayıb.

Xəbərdə bildirilir ki, virusa yoluxan xəstəliyi yüngül keçirir. O virusa Avropa ölkələrindən birində yoluxub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın sərdəd qonşusu Türkiyə və Gürcüstanda da meymunçiçəyi virusuna yoluxma, faktı qeydə alınıb. 

Elvin Məmmədov
Missiya.Az


  • 12-07-2022, 11:27