“Euronews” xəbər kanalı Macarıstanda keçirilən Böyük Dəbilqə turniri haqqında verdiyi süjetdə qalib cüdoçumuz Hidayət Heydərova da yer ayırıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, süjetdə 73 kq çəki dərəcəsində yarışan H.Heydərovun dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilib.
Cüdoçumuz müsahibəsində deyib ki, o çox inamlı, eyni zamanda karyerasında çox önəmli mərhələ olan final üçün həyəcanlı idi: “Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağımı bilirdim. Finala çıxanda isə artıq əmin idim ki, qələbəni heç vaxt rəqibimə verməyəcəyəm buna görə də qızıl medal qazanacağıma əmin idim”.