Cümə axşamı 9 Yanvar 2025 / 15:50:37
                    AZ   |   RU
Ərdoğan "taxıl dəhlizi" ilə bağlı danışdı: "Ciddi nəticə əldə etməyə çalışırıq"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Mario Draqi ilə Ukraynadan açılması planlaşdırılan "taxıl dəhlizi"ni müzakirə edib. 

Missiya.Az "haberler.com"-a istinadən xəbər verir ki, Ərdoğan dəhlizlə bağlı danışıqların 1 həftə, 10 gün ərzində intensivləşəcəyini deyib. O bildirib ki, ciddi bir nəticə əldə etməyə çalışırlar. 

“Biz Rusiya və Ukraynanın danışıqlar prosesinə qayıtması, BMT-nin taxılla bağlı planı haqda fikir mübadiləsi apardıq. Başda Liviya olmaqla, digər regional məsələlərlə bağlı da müzakirələr etdik. İtaliya enerji sahəsində mühüm tərəfdaşdır".

Elvin Məmmədov
Missiya.Az
 

  • 5-07-2022, 22:53