AZ   |   RU
Rus siyasətçinin açıqlaması erməniləri hiddətləndirdi: "Fərrux gərginliyindən sonra Rusiyaya inamımız itib!"
"Rusiya nümayəndə heyəti ATƏT PA-dan çıxmağı planlaşdırmır. Əgər kimsə xəyal edirsə ki, ATƏT PA-dan çıxacağıq, yanılır. Çünki Rusiya ATƏT-i yaradan ölkələr sırasında olub".

Missiya.Az
erməni KİV-nə istinadən xəbər verir ki, bunu ATƏT PA-nın Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Vladimir Cabarov bildirib.

Siyasətçinin bu açıqlaması Ermənistanda birmənalı qarşılanmayıb.

Mövzu sosial şəbəkələrin erməni seqmentində anti-Rusiya ruhlu müzakirələrə səbəb olub.

"Məgər Rusiya Azərbaycanın tələbi ilə ATƏT-in Minsk qrupunu tərk etmədimi? Yoxsa belə deyil? Necə ola bilər ki, bir qrup onlarla işləmək istəməyib, amma başqa qrupda işləmək istəyir? Sonra da deyirlər ki, ermənilər arasında anti-Rusiya əhval-ruhiyyəsi artır. Bütün bunlara görə Rusiya hakimiyyəti günahkardır. Bəli, Rusiya günahkardır ki, artıq ermənilər və Ermənistandakı rusiyapərəstlər arasında anti-Rusiya əhval-ruhiyyəsi var. Bu vəziyyət getdikcə daha da pisləşir. Bunu indi ağrı ilə də olsa, etiraf etməliyik ki, Qaraqlux və Fərrux gərginliyindən sonra bu inam itib" - deyə erməni sosial şəbəkə istifadəçilərindən biri şərhində qeyd  edib.

  • 5-07-2022, 22:11