Rusiya Prezidenti Vladimir Putin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlar aparıb.Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qaraqalpaqıstandakı vəziyyəti müzakirə ediblər. Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqıstanda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib.
Prezidentlər həmçinin ikitərəfli gündəliyin bir sıra digər aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi sahəni də müzakirə ediblər. Putin və Mirziyoyev Rusiya-Özbəkistan strateji tərəfdaşlığı və müttəfiqliyini daha da gücləndirmək üçün qarşılıqlı niyyətlərini təsdiqləyiblər.