AZ   |   RU
İslam Əməkdaşlıq Təşkilatı Şanlıurfanı 2023-cü ilin turizm şəhəri seçib
Türkiyənin Şanlıurfa şəhəri İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin 2023-cü il üçün turizm şəhəri seçilib. 
 
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy Tvitter hesabında paylaşım edib.

“İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən Turizm Nazirlərinin 11-ci Konfransında 4 ölkənin namizədləri arasından Şanlıurfa 2023-cü il üçün turizm şəhəri seçilib. Özbəkistanın Xivə şəhəri isə 2024-cü il üçün mədəniyyət şəhəri olacaq. Xeyirli olsun.", - deyə bildirib.
 
İyunun 27-29-da Azərbaycanın paytaxtı Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Turizm Nazirlərinin 11-ci Konfransı keçirilib. Konfransda Türkiyəni mədəniyyət və turizm nazirinin müavini Özgür Özkan Yavuz təmsil edib.

  • 5-07-2022, 21:35