AZ   |   RU
Azərbaycanlı rəssamlarının əsərləri Londonda nümayiş edilib - FOTO

Azərbaycanlı rəssamların əsərləri Londonda nümayiş edilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki,  “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Londonda “The Art of Diplomacy” (Diplomatiya sənəti) adlı sərginin açılışı keçirilib. Azərbaycan-Britaniya diplomatik əlaqələrinin 30 illiyi münasibətilə keçirilən sərgidə 22 azərbaycanlının 56 əsəri Londondakı “Yunus Emre İnstitut”nda nümayiş olunub.

Mərkəzin direktoru İslam Baxşəliyev Azərbaycan mədəniyyətinin Londonda və digər ölkələrdə tanıdılmasının əhəmiyyətindən danışıb.

O, Avropanın 20-yə qədər ölkəsində indiyənə qədər sərgilər keçirildiyini, 1700-ə yaxın əsərin nümayiş olunduğunu deyib. İslam Baxşəliyev Azərbaycanda mədəniyyətin inkişafına olan diqqətdən danışıb. O çıxışında Azərbaycanın Britaniyadakı səfirliyinə öz dəstəklərinə görə təşəkkür edib.

“2022-ci ildə Azərbaycan- Britaniya diplomatik əlaqələrinin 30 illiyi və Kraliça II Yelizavetanın platin yubileyi üst üstə düşür.

Belə bir zamanda bu sərginin keçirilməsi və Azərbaycan sənətinin tanıdılması çox vacibdir”,- deyə İslam Baxşəliyev öz çıxışında bildirib.

Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə Azərbaycanın Londonda təmsil edilməsinin, mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, sərgi 8 iyulda başa çatacaq.


  • 5-07-2022, 12:58