AZ   |   RU
UNDP Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə layihələrinə dəstək verir

"BMT-nin İnkişaf Proqramı (UNDP) Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əldə olunması layihələrinə dəstək verir".

Missiya.Az
xəbər verir ki, bunu UNDP-nin Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bista “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda bildirib.

O, DİM-in əldə olunması və bərpa olunan enerji mənbələrinə keçid istiqamətində apardığı fəal işə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

“İqlim dəyişikliyi səbəbindən hər birimizin gələcəyi qeyri-müəyyən ola bilər.

Məlumdur ki, Xəzər dənizi bu regionun və bütövblükdə dünyanın unikal su hövzəsidir, lakin son illərdə dənizdə suyun səviyyəsi aşağı düşür.

Hazırda sahilyanı ölkələr Xəzərdəki suyun səviyyəsinə təsir etmək iqtidarındadır. Bu problemi həll etmək üçün birgə işləməliyik”, - Ç.Bista deyib.

  • 5-07-2022, 10:48