AZ   |   RU
Liftin qırılmasına görə araşdırma aparılır - Baş Prokurorluq

Baş Prokurorluq Bakının Nərimanov rayonunda baş vermiş lift qəzası ilə bağlı açıqlama yayıb.

Missiya.Az xəbər verir ki, açıqlamada deyilir: 

"İyulun 4-ü paytaxtın Nərimanov rayonu Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilmişdir.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır".

  • 4-07-2022, 23:25