AZ   |   RU
Teymur Rəcəbov qələbə qazandı

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçirilir.

Missiya.Az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportu məğlub edib. Bununla da şahmatçımız xalların sayını 7,5-ə çatdırıb.

Qeyd edək ki, yarışın başa çatmasına bir tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FIDE) iddiaçılar turnirinin qalibi olub.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir.

  • 4-07-2022, 22:43