AZ   |   RU

Köçərli Həsənov Şəmkirdə vətəndaşları qəbul edəcək



İyulun 14-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Şəmkir şəhərində Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Missiya.Az “Azərsu”ya istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar qəbul üçün Şəmkir və Gədəbəy Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və office@azersu.az elektron poçtu vasitəsilə ilə “Azərsu”yun müraciət edə bilərlər.


Baxış sayı: 32
  • 4-07-2022, 14:31