AZ   |   RU

Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib (FOTO)


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq üçün Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, junalistlərlə görüşdə bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastukturu müasir tələblərə uyğun qurulur. Reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm işlər aparılır.

Müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reablitasiya Mərkəzi də ötən ilin dekabr ayında istifadəyə verilib. Mərkəzin məqsədinin tibbi, sosial, əmək reabilitasiya tədbirlərinin aparılması yolu ilə18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğu qeyd edilib.

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisədə bölgədəki rayonlar üzrə bu günə kimi 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilib.

Media nümayəndələrinə bildirilib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Bakı şəhərində 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri var.

Ölkəmizdə uşaq bərpa müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa etdirilir.






Baxış sayı: 50
  • 4-07-2022, 12:53