Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan qoşqulu traktor ilə “Opel” markalı minik maşınını toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1972-ci il təvəllüdlü Ofeliya Səlim qızı Məmmədli, 1980-cı il təvəllüdlü Vüsalə Taleh qızı Bayramova və 2006-cı il təvəllüdlü Ləman Faiq qızı Bayramova müxtəlif xəsarətlərlə Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.