AZ   |   RU
Bakıda otluq və qamışlıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Nizami rayonunda otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Missiya.Az 
FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, təqribən 1 ha ərazidə quru ot və 400 m² sahədə qamış yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


  • 3-07-2022, 20:15