Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında keçirilən açıq Avropa turnirində daha bir cüdoçumuz uğurla çıxış edərək qızıl medal qazanıb.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, kişilər arasında mübarizə aparan Murad Fətiyev (90 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi adına sahib olub.
Qeyd edək ki, bundan öncə tatami ustalarımız Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) bürünc medallara yiyələniblər.
Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunur. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.