Ukrayna ABŞ-dan əlavə 50 milyon dollar dəyərində silah və texnika alacaq.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Bu barədə dövlət katibi Antoni Blinkenin ABŞ-ın Ukraynadakı səfirliyinin saytında dərc edilmiş bəyanatında deyilir.
"Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - bəyanatda deyilir.
Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.
“ABŞ Ukraynaya ümumi hərbi yardımını 6,92 milyard dollara çatdıracaq", - Blinken əlavə edib.