AZ   |   RU
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib

Azərbaycan və türkiyəli hərbçilərin iştirak etdiyi birgə təlimlərdə müxtəlif tapşırıqlar icra edilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, hərbi qulluqçular təlimin ssenarisinə uyğun olaraq axtarış-xilasetmə, yaralıların döyüş meydanından təxliyəsi və digər tapşırıqları yerinə yetiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hər iki qardaş ölkənin hərbçiləri tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilərək uğurla icra olunub.


  • 2-07-2022, 18:27