AZ   |   RU
Şotlandiya millisinin sabiq qapıçısı xərçəngdən dünyasını dəyişib

Şotlandiya millisinin sabiq qapıçısı Endi Qoram vəfat edib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, keçmiş qolkiper 58 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

"Reyncers"in sabiq oyunçusu apreldə xəstəliyə tutulduğunu açıqlamışdı.

Qeyd edək ki, Endi Qoram 5 dəfə Şotlandiya çempionatının, 3 dəfə ölkə kubokunun qalibi olub. Təcrübəli oyunçu 2000/2001 mövsümündə "Mançester Yunayted"lə İngiltərə Premyer Liqasını da qazanıb. Qoram 1985 - 1998-ci illərdə Şotlandiya yığmasının heyətində 43 matçda meydanda olub.


  • 2-07-2022, 17:33