AZ   |   RU
AZAL-ın İstanbul-Bakı reysi gecikir

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün həyata keçirilməli olan İstanbul-Bakı (J2-076) reysi gecikir.

Bu barədə Missiya.Az-a AZAL-dan bildirilib.

Məlumata görə, buna səbəb təyyarənin kondisioner sistemi ilə bağlı yaranmış problemdir.

Sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar.


  • 2-07-2022, 17:20