AZ   |   RU
ABŞ bu səbəbdən 5 Çin şirkətinə sanksiya tətbiq etdi

ABŞ Rusiya ordusuna dəstək verdiyi üçün beş Çin şirkətinə qarşı sanksiya tətbiq edib. 

Missiya.Az  xəbər verir ki, bu barədə “Financial Times” portalı məlumat yayıb.  

Xəbərdə bildirilir ki, həmin şirkətlər Ukraynanın genişmiqyaslı işğalından əvvəl və sonra Rusiyanın müdafiə və hərbi sektorlarına dəstək olub.  

Sözü gedən şirkətlər sırasına “Connec Electronic”, “King Pai Technology”, “Sinno Electronics”, “Winninc Electronic” və “World Jetta (HK) Logistics” daxildir. Sanksiyalar bu şirkətlərin ABŞ məhsullarını ixrac etməsinə mane olur. 

ABŞ-ın ticarət nazirinin müavini Alan Esteves isə bu sanksiyanı belə izah edib: “Çin şikrətlərinə sanksiyaların tətbiqi bütün dünyada fiziki və hüquqi şəxslərə siqnal verir ki, əgər onlar Rusiyanı dəstəkləmək istəsələr, ABŞ onlardan əl çəkəcək”. 

Xatırladaq ki, iyunun 10-da ABŞ və Çin müdafiə nazirlərinin görüşündən sonra Pekin Moskvaya hərbi yardım etmədiyini bildirib, Rusiya Federasiyası ilə münasibətləri “müttəfiqlik deyil, tərəfdaşlıq” kimi xarakterizə edib.


Teymur Aslanov
Missiya.Az


  • 29-06-2022, 17:51