AZ   |   RU
DTX-ya məxsus 27 ədəd avtomobil satışa çıxarıldı - QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək hərracda Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) məxsus olan 27 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Demokrat.az Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, hərraca çıxarılacaq nəqliyyat vasitələri arasında ən ucuzu 3000 manat, ən bahalısı isə 5500 manat olacaq.

DTX tərəfindən satışa çıxarılan 2004-ci il istehsalı olan 2 ədəd “VAZ-2121” markalı avtomobilin hər birinin ilkin satış qiyməti 3000 manat olacaq.

DTX-yə məxsus 2010-cu il istehsalı olan “Chevrolit Niva” markalı avtomobil  isə 5500 manata satışa çıxarılacaq.

18 may 2021-ci il tarixində DTX tərəfindən satışa çıxarılacaq nəqliyyat vasitələrini təqdim edirik:

edirik:
Nəqliyyat vasitəsinin markasıBuraxılış
ili
Start qiyməti (manatla)
VAZ-212120043000
VAZ-212120043000
VAZ-21214 20043000
Chevrolet Niva 20043500
Chevrolet Niva 20053500
VAZ-212120053000
Chevrolet Niva 20053500
VAZ-2121 20063500
VAZ-2121 20063500
VAZ-2121 20063500
VAZ-2121 20063500
VAZ-2121 20063500
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-2115 20074000
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-2121 20074000
Chevrolet Niva 20074500
VAZ-2121 20074000
VAZ-2121 20074000
VAZ-21214 20094800
Chevrolet Niva 20105500


  • 17-04-2021, 17:54